Bakının bu hissəsi 1 gün susuz qalacaq - XƏBƏRDARLIQ

Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq.

Oct 1, 2025 - 18:19
Bakının bu hissəsi 1 gün susuz qalacaq - XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında 2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.