"Maduronu gecə öldürə bilərdik" - Tramp
"ABŞ hərbçiləri Venesuela lideri Nikolas Maduronu lazım gələrsə, gecə keçirilən əməliyyat zamanı öldürə bilərdi".
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.
“Bu baş verə bilərdi. O, təhlükəsiz yerə keçməyə çalışırdı. Hər şey poladdan idi və qapıya çata bilmədi, çünki komandamız çox sürətli idi," - o deyib.
Prezident həmçinin müqavimətin güclü olmasına baxmayaraq ABŞ hərbçilərinin çox tez zamanda müqaviməti keçdiyini vurğulayıb.
Aygün