Bəşər Əsədin atasının məzarı yandırıldı - VİDEO
Suriyada bir qrup müxalifətçi Bəşər Əsədin atası, mərhum prezident Hafiz Əsəd və ailəsinin dəfn olunduğu məqbərəni yandırıb.
SABASHMEDİA.az xəbər verir ki, bu barədə BBC məlumat veib.
Görüntülərdə silahlı şəxslərin Qardaha şəhərində yerləşən məqbərəni yandırıqdan sonra ətrafında dövrə vuraraq şüarlar səsləndirdikləri görünür.
Ailə məzarlığında Hafiz Əsədlə birlikdə həyat yoldaşı Anisə və böyük oğlu Bazil də dəfn edilib.
Qeyd edək ki, Hafiz Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olub.