Zelenski razılaşdı, istanbul danışıqları bərpa olunur - Ərdoğanın müşavirindən təcili açıqlama
Yaxın günlərdə Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf.com-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.
O söyləyib ki, bu formatı Ukrayna Prezidenti Volodimir Zelenski də qəbul edir.
Baş müşavir vurğulayıb ki, Ankaranın mövqeyi əldalətli sülhün əldə edilməsidir.
Yalçın Topçunun fikrincə, ən pis halda müharibə tərəflərin hazırda dayandıqları mövqelərdə dondurulmalıdır.
Xatırladaq ki, bundan əvvəl tərəflər arasında son görüş 2022-ci ilin martında İstanbulda baş tutub.