Bəşər Əsədin iqamətgahı yaxınlığında atışma - ŞOK İDDİA + VİDEO
Suriya mətbuatı Dəməşqdə Bəşər Əsədə qarşı çevriliş cəhdinin baş verdiyini yazır.
SAVASHMEDİA.az xəbər verir ki, prezident sarayının yaxınlığında atışma olduğu barədə məlumatlar yayılıb.
"Şəhərdə Suriya Respublika Qvardiyası ilə Dördüncü Diviziya arasında şiddətli döyüşlərin getdiyi bildirilir. Əsas döyüşlər Kəfr Sus bölgəsində gedir", - türkiyəli jurnalist Raqib Soylu yazır.
Suriya dövlət televiziyası isə yayımını dayandırıb.