Bəşər Əsəd Moskvaya qaçıb? - Peskov iddialarla bağlı susmağı üstün tutdu
Suriya prezidenti Bəşər Əsədin devrildiyi barədə qeyri-rəsmi məlumatlar dolaşır.
SAVASHMEDİA.az-ın məlumatına görə, paytaxt Dəməşqə daxil olan silahlı müxalifətin hökumət binalarını ələ keçirdiyi bildirilir.
Dəməşqdə Prezident sarayı ətrafında şiddətli döyüşlərin getdiyini iddia edən xarici mətbuat Bəşər Əsədin ölkədən qaçdığını yazıb. Bəzi iddialara görə isə Bəşər Əsəd gizli şəkildə Moskvaya uçub.
Rusiya isə yayılmış iddialarla bağlı heç bir açıqlama verməyib. Kremlin sözçüsü Dmitri Peskov Suriya lideri Bəşər Əsədin Rusiyaya gəlib-gəlməməsi ilə bağlı sualı cavabsız qoyub:
"Bu məsələ ilə bağlı açıqlamam yoxdur".
Oğuz