“Bizim Rusiyaya qarşı sanksiyalarımız işləyir” – Kaya Kallas 

“Avropa İttifaqı (Aİ) güc mövqeyindən mümkün sülh danışıqlarına girə bilməsi üçün Ukraynaya hərbi dəstək göstərməyə davam etməlidir”. 

Feb 3, 2025 - 11:13
“Bizim Rusiyaya qarşı sanksiyalarımız işləyir” – Kaya Kallas 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas qurumun xarici işlər nazirlərinin konfransında çıxış edərkən deyib. 

Avropanın baş diplomatı bildirib ki, əvvəllər belə presedentlər olmasa belə, Aİ Rusiya ilə müharibədə Ukraynanı gücləndirmək üçün ona hərbi dəstək vermək üçün daha çox iş görməlidir.

"Biz (Ukraynaya) 134 milyard avrodan çox, o cümlədən, demək olar ki, 50 milyard şəklində hərbi yardım göstərmişik. Biz daha çox iş görməli olduğumuz halda, daha az edirik deyə bilmərik. Mən bu və başqa şey daha əvvəl edilməyib arquçentini qəbul etmirəm. Mən istəyirəm ki, bu, Ukrayna üçün gələcək maliyyə həlini tapmağa kömək etsin", - deyə Kallas vurğulayıb.

O, vurğulayıb ki, Ukrayna əsas prioritet olmalıdır: “Çünki Putin bütün Ukraynanı istəyir, lakin bu, ona məxsus deyil”.

Kallas hesab edir ki, Aİ müharibənin sona çatmasına kömək etməlidir: “Lakin sülhün Ukraynanın layiq olduğu şəkildə davam etməsi üçün biz Kremli öz məqsədlərini dəyişməyə məcbur etməliyik. Onların danışdıqları yeganə dil gücdür. Buna görə də mən ABŞ-nin güc vasitəsilə sülhə sadiqliyini alqışlayıram”.

Kallas diqqətə çatdırıb ki, Böyük Britaniya, ABŞ və Kanada da daxil olmaqla Aİ-ninn kollektiv ÜDM-i Rusiyadan 25 dəfə çoxdur.

“Biz hamımız Rusiyaya qarşı sanksiyalar məsələsində daha güclü olmalıyıq. Dövlət büdcəsini birbaşa dəstəkləyən, Rusiyaya müharibə maşınının işləməsinə kömək edən neft və qazın satışından əldə edilən gəlirləri əngəlləyən sanksiyaları nəzərdə tutulur. Bizim sanksiyalarımız işləyir”, - deyə Kallas əminliklə vurğulayıb.

Xatirə SADİQ