“Böyük deportasiya əməliyyatına başlayacağam” – Tramp
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını vəd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” Arizonada “Turning Point Action AmericaFest” konfransı zamanı Trampın verdiyi bəyanata istinadən yazıb.
“Oval kabinetdəki ilk günümdə sərhədimizi qeyri-qanuni mühacirlərin üzünə bağlamaq və ölkəmizə axını dayandırmaq üçün bir sıra tarixi sərəncamlar imzalayacağam. Və elə həmin gün biz Amerika tarixində prezident Duayt Eyzenhauerin dövründə olduğundan daha böyük deportasiya əməliyyatına başlayacağıq”, - deyə Tramp vurğulayıb.
Nəşr xatırladıb ki, Tramp seçkiqabağı kampaniyası boyunca ABŞ-də yaşayan qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyasının keçiriləcəyini vəd etmişdi.
Xatirə SADİQ