"Bu ağrı uzun müddət mənimlə qalacaq" - Messidən İLK PAYLAŞIM
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olduqdan sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, 39 yaşlı futbolçu finaldakı məğlubiyyətin onun üçün ağır zərbə olduğunu bildirib.
"Bu ağrı uzun müddət mənimlə qalacaq. Biz dünya çempionu titulunu qorumaq üçün hər şeyimizi ortaya qoyduq, amma bu dəfə alınmadı. Yaxşı anları da xatırlayıram. Hər şeyimizi ortaya qoyaraq geridən qayıtdığımız, yaddaşlarda əbədi qalacaq oyunlar keçirdik. Bütün ölkənin dəstəyini hiss etdik. Bir daha ölkə olaraq birləşməyi və argentinalı olmaqdan qürur duymağı bacardıq", - Messi yazıb.
Argentina millisinin kapitanı komanda yoldaşlarına və azarkeşlərə də təşəkkür edib.
"Mən bu komanda ilə fəxr edirəm. Hər bir futbolçu sona qədər mübarizə apardı. Bizi hər addımda dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm", - o qeyd edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində ikinci dəfə dünya çempionu olub.
Səlcuq