Castin Trüdo öpüşdüyü yerdə yaxalandı
Kanadanın keçmiş baş naziri Castin Trüdo və amerikalı pop ulduz Keti Perri birgə istirahət zamanı fotoqrafların obyektivinə tuş gəliblər.
SAVASHMEDİA.az xəbər berir ki, onların eksklüziv fotolarını “The Daily Mail” dərc edib.
“Bu rəsmidir! Aylarla davam edən romantik şayiələrdən sonra “The Mail on Sunday” pop ulduzu Keti Perrinin həqiqətən də Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə görüşdüyünü təsdiqləyə bilər”, - məqalədə deyilir.
Keti Perri və Castin Trüdo Kaliforniyanın Santa Barbara sahillərində Perrinin 24 metrlik “Caravelle” yaxtasında bir-birini qucaqlayarkən görüntülənib. Fotoların keçən ayın sonlarında, Perrinin “Lifetime” dünya turnesinə qısa fasilə verdiyi zaman çəkildiyi bildirilir. Şəkillər Perri iyul ayında britaniyalı aktyor Orlando Blumdan ayrıldığını təsdiqlədikdən təxminən üç ay sonra ortaya çıxıb.
“Qolundakı döyməni görənə qədər onun (Perrinin – red.) kiminlə olduğunu başa düşmədim və dərhal bunun Castin Trüdo olduğunu anladım”, - şahid qeyd edib.
Trudonun sol çiynində Kanadanın Haida adlı yerli xalqına hörmət əlamətini əks etdirən döymə var.
Çütlük arasında yaranan yaxın münasibətlər haqqında şayiələr iyul ayında, Monrealdakı Le Violon restoranında yemək yeyərkən meydana gəlmişdi Lakin o zaman hər ikisi münasibətləri barədə şərh verməkdən imtina etmişdilər.
Trüdo 18 illik evliliyindən sonra 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan ayrılıb. Onların üç yeniyetmə övladı var.
Perri iyulun əvvəlində Blumla nişanının bitdiyini təsdiqləyib. 2020-ci ildə onların Deyzi adlı qızı dünyaya gəlib. 2010-2012-ci illərdə müğənni komediya ustası Rassell Brandla evli olub.
Xatirə SADİQ