Çin bu xəbəri təkzib etdi

Çin Xarici İşlər Nazirliyi (XİN) Pekinin Ukraynaya hərbi kontingent göndərmək niyyətində olmadığını açıqlayıb.

Aug 25, 2025 - 14:13
Çin bu xəbəri təkzib etdi

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Çin XİN-nin sözçüsü Lin Tszyan bildirib. 

O, Almaniyanın “Welt am Sonntag” qəzetinin Çinin sülhməramlılar göndərməyi planlaşdırması ilə bağlı nəşrini belə şərh edib: “Bu məlumat reallığa uyğun gəlmir. Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır”.

“Welt am Sonntag” yazmışdı ki, Pekin missiyanın BMT mandatı altında yerləşdirilməsi şərti ilə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. 

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Çinin təhlükəsizlik təminatlarının  verilməsi prosesində iştirakının əleyhinə çıxıb.

Xatirə SADİQ