Tramp iki telekanalın lisenziyadan məhrum olunmasına çağırıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABC və NBC lisenziyalarından məhrum edilməlidir, çünki onlar respublikaçıların fəaliyyətini “ədalətsiz” şəkildə işıqlandırır.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
“Nə üçün dünyanın ən pis və qərəzli iki televiziya şəbəkəsi olan ABC və NBC FAKE NEWS hər il milyonlarla dollar lisenziya haqqı ödəmir? Onlar respublikaçıları və/yaxud mühafizəkarları ədalətsizcəsinə işıqlandırdıqlarına görə lisenziyalarından məhrum olunmalıdır, lakin ən azı hər yerdə və istənilən vaxt ən bahalı efir vaxtından istifadə etmək imtiyazına görə böyük pul ödəməlidir! Vicdansız “jurnalistika” təşviq edilməməlidir, onun qarşısı alınmalıdır!”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ