“Çin dünya düzənində yeni dəyər yarada bilərdi, əgər…” - polyak nazir
Çin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq imkanına malikdir.
SAVASHMEDİA.az “PAP” nəşrinə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə parlamentində çıxış edərkən deyib.
Onun sözlərinə görə, əgər Putinin Ukraynadakı müstəmləkə müharibəsinə son qoyarsa, Çin dünya düzənində yeni dəyər yarada bilərdi.
Nazir hesab edir ki, bunun üçün Pekin bütün vasitələrə malikdir. “Biz “canavar döyüşçüsü” əvəzinə Çində sülh elçisi görməyə üstünlük verərdik”, - deyə Sikorski vurğulayıb.
Xatirə SADİQ