Çin dünyaya yeni epidemiya "ixrac edir"? - Metapnevmovirus Qazaxıstanı da ağuşuna aldı

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

Jan 6, 2025 - 00:13
Jan 6, 2025 - 01:29
Çin dünyaya yeni epidemiya "ixrac edir"? - Metapnevmovirus Qazaxıstanı da ağuşuna aldı

SAVASHMEDİA.az "report"a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.

Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.