Culian Assanj Avropa Şurasının tribunasında – İllər sonra ilk dəfə danışacaq
“WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanj Avropa Şurası Komitəsinin Strasburqda keçirilən tədbirinə qatılıb. O, Belmarş həbsxanasındakı saxlanma şəraiti barədə məruzə edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumatda deyilir ki binanın ətrafında toplaşan tərəfdarları və KİV nümayəndələri onu hərarətlə alqışlayıblar. Onlar jurnalisti “Ədalət zəfər çalır!”, “Ura, Assanj!” şüarları ilə qarşılayıblar.
“WikiLeaks”in təsisçisi siyasi məhbuslar üzrə məruzəçi Sunna Evarsdottirin hesabatı dərc edildikdən sonra AŞPA-ya dəvət edilib. Həmin sənəddə Assanjın siyasi məhbus olduğu bildirilib və Britaniya hakimiyyətinə onun “qeyri-insani rəftara” məruz qalıb-qalmamasını araşdırmağa çağırılıb.
Xatırladaq ki, Assanj ABŞ tarixində ən böyük məxfi məlumat sızıntılarından biri ilə bağlı cinayətlərdə ittiham olunub.
O, 2019-cü ildən həbsxanada saxlanılıb və yalnız 5 ildən sonra azadlığa qovuşub. Hazırda Assanj Avstraliyada yaşayır. ABŞ hökuməti xüsusi icazə olmadan onun ölkəyə girişini qadağan edib.
Xatirə SADİQ