“DeepSeek” çat-botuna məhdudiyyətlər qoyuldu – İtaliyada 

İtaliya hakimiyyəti Çinin “DeepSeek” çat-botunda italyan istifadəçilərinin məlumatlarının emalına dərhal məhdudiyyətlər qoyulmasına göstəriş verib.

Jan 31, 2025 - 08:16
“DeepSeek” çat-botuna məhdudiyyətlər qoyuldu – İtaliyada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ANSA İtaliya Məlumatların Mühafizəsi Təşkilatına istinadən məlumat yayıb.

Bu məhdudlaşdırıcı tədbir italiyalı istifadəçilərin məlumatlarının qorunması məqsədilə görülüb. 

ANSA bundan öncə xəbər vermişdi ki, “DeepSeek” tətbiqi “Google” və “Apple”ın İtaliyadakı rəqəmsal mağazalarından yoxa çıxıb. Bundan başqa, tətbiqin yüklənməsi zamanı naviqasiyanın yavaş işlədiyinə də diqqət cəlb olunmuşdu. 

Yanvarın sonunda italyan tənzimləyicisi “DeepSeek”dən tətbiqdə toplanan şəxsi məlumatlar haqqında informasiya istəyib. İtliya tərəfini məlumatların hansı mənbələrdən, hansı məqsədlər və hansı qanuni əsaslarla toplandığı, eləcə də Çində saxlanılıb-saxlanmaması maraqlandırıb.

Xatırladaq ki, Çin startapı “DeepSeek”in süni intellekt üzrə köməkçisi bazar ertəsi rəqibi “ChatGPT”ni keçərək ABŞ-dəki “Apple App Store” mağazasında ən yüksək reytinqli pulsuz proqram olub.

Xatirə SADİQ