Diplomu ləğv edilən İmamoğludan İLK AÇIQLAMA - Foto
Xəbər verdiyimiz kimi, Türkiyənin müxalif Cümhuriyyət Xalq Patiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.
Bununla da onun prezidentliyə gedən yolu bağlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, Əkrəm İmamoğlu 35 il əvvəl aldığı universitet diplomunun ləğvi ilə bağlı ilk açıqlamasını verib.
Qərarı qanunsuz adlandıran Əkrəm İmamoğlu sosial media hesabında canlı yayım açaraq"mənim cəsarətimi təxmin edə bilməzlər" açıqlamasını verib.
İmamoğlunun bəyanatında aşağıdakı ifadələr yer alır:
“İstanbul Universiteti İdarə Heyətinin qərarı QANUNSUZDUR. Onun belə bir qərar vermək səlahiyyəti yoxdur. Səlahiyyət yalnız Biznesin İdarəedilməsi Fakültəsinin İdarə Heyətindədir. Onların bu qərara görə tarix və ədalət qarşısında cavab verəcəyi gün yaxındır. Ədalətə, hüquqa, demokratiyaya susamış millətimizin yürüşünü dayandıra bilməyəcəklər"
Oğuz