Ramzan Kadırov xəstəliyi ilə bağlı AÇIQLAMA YAYDI

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı gəzən söhbətlərə reaksiya verib.

May 27, 2025 - 00:30
May 27, 2025 - 00:48
Ramzan Kadırov xəstəliyi ilə bağlı AÇIQLAMA YAYDI

SAVASHMEDİA.az xəbər verir ki, Telegram kanalında mövzu ilə bağlı açıqlama verən Çeçenistan lideri danışılanları "boş şayiələr" adlandırıb. 

"Həyatımız və dünyadan köçəcəyimiz zaman əvvəlcədən müəyyən edilib. Ona görə də biz həyatımızı boş söz-söhbətlər yaymadan və nifaq salmadan yaşamalıyıq. Ömrünüzü boş şeylərə sərf etməyin", - Kadırov video mesajında ​bildirib.

Media isə iddia edir ki, 2019-cu ilin yanvarında bir neçə diqanoz qoyulan Kadırovun səhhəti 2022-ci ilin yazında sürətlə pisləşməyə başlayıb. Böyrək çatışmazlığı və ağciyərlərdə maye durğunluğu səbəbindən onda nəfəs darlığı yaranıb. Kadırov elə buna görə də çətinliklədanışmağa başlayıb.

2025-ci ilin fevral ayını Kadırov həkimlərin nəzarəti altında keçirib. O, respublika üzrə səyahətlər üçün isə təcili tibbi yardım helikopterindən istifadə edir. Onun iş fəaliyyəti mətbuat xidməti tərəfindən qorunan sosial şəbəkələrdəki yazılarla məhdudlaşır və təmsilçilik funksiyaları Çeçenistan hökumətinin sədri Maqomed Daudova həvalə edilib. Kadırov bir sıra mühüm tədbirlərdə iştirak edə bilməyib, yalnız bir neçə dəfə Qroznıda Putin mikrorayonunun tikintisini yoxlayıb.

Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. O, sonuncu dəfə 2021-ci ildə 99,7% səs toplayaraq yenidən prezident seçilib.

Oğuz