Dmitri Medvedev ABŞ prezidentinə sərt cavab verdi

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Cozef Baydenə cavab verib.

Oct 14, 2024 - 15:58
Dmitri Medvedev ABŞ prezidentinə sərt cavab verdi

O, ABŞ prezidentinin ölkəsinin ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə nüvə arsenalının azaldılması barədə danışıqlara hazır olduğu barədə bəyanatına sərt münasibət bildirib. 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə D.Medvedev teleqram kanalında yazıb. 

Medvedev hesab edir ki, Baydenin bu cür bəyanatları ədəbsizlikdir və onun məqsədi Kamala Harrisə kömək etməkdir.

“Düşünün: Birləşmiş Ştatlar bizimlə demək olar ki, tamhüquqlu (heç də hibrid deyil) müharibə aparır və ölkəmizə strateji məğlubiyyət arzulayır. Buna görə də Amerika ilə strateji nüvə arsenallarının azaldılması mövzusunda danışıqlar 1945-ci ildə Hitler ilə barışıq haqqında danışıqlardan daha faydalı deyil”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb. 

Qeyd edək ki, Nobel Sülh Mükafatı laureatına müraciət edərkən Bayden bütün dünya kimi Vaşinqton üçün də nüvə arsenalları yaratmağın sərfəli olmadığı demişdi. 

Xatirə SADİQ