BRİKS adını dəyişmək niyyətində deyil – Peskov 

“BRİKS öz adını yalnız müvafiq məsələ ilə bağlı bütün üzvlərinin tam konsensusundan sonra dəyişə bilər”. 

Oct 14, 2024 - 16:02
BRİKS adını dəyişmək niyyətində deyil – Peskov 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda BRİKS-in adının dəyişdirilməsi ilə bağlı plan yoxdur və təşkilatın adı əvvəlki kimi qalacaq. 

“Bu, əlbəttə ki, BRİKS-ə üzv ölkələrin konsensus qərarını tələb edən məsələdir, lakin indiyədək bununla bağlı heç bir təklif olmayıb. İndiyə qədər belə bir anlayış var idi ki, ad dəyişməz qalmalıdır”, - Peskov bildirib.

Qeyd edək ki, hazırda BRİKS beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adının baş hərflərini özündə əks etdirir. 

Xatirə SADİQ