“Düşünürəm ki, mən ABŞ prezidenti ola bilərdim” - Trampın oğlu

Jun 30, 2025 - 13:57
“Düşünürəm ki, mən ABŞ prezidenti ola bilərdim” - Trampın oğlu

ABŞ prezidenti Donald Trampın oğlu, “Trump Organization”ın vitse-prezidenti Erik Tramp dövlət başçısı olma ehtimalından danışıb. 

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, daha bir Tramp prezidentliyə namizəd olsa, ailəsi üçün siyasi yol asan olardı. 

“Əsl sual bundan ibarətdir ki, siz ailənizin digər üzvlərini bu işə cəlb etmək istəyirsiniz? Övladlarımın mənim son on ildə keçdiklərimi yaşamasını istəyirəmmi? Bilirsiniz, əgər cavab “bəli” olsaydı, məncə, siyasi yol asan olardı, yəni düşünürəm ki, mən [ABŞ prezidenti ola] bilərdim. Yeri gəlmişkən, düşünürəm ki, ailəmizin digər üzvləri də bunu edə bilər”, - deyə Erik Tramp vurğulayıb.

Eyni zamanda o, Tramplardan kimin atasının yolunu davam etdirib-etdirməyəcəyini bilmədiyini söyləyib. Erik Trampın özü də gələcəkdə siyasətə gedəcəyinə əmin deyil.

Xatırladaq ki, bundan öncə Trampın digər oğlu, kiçik Donald Tramp ABŞ-də gələcək prezident seçkilərində iştirakını istisna etməmişdi. O, jurnalistlərin müvafiq sualına “Bəlkə bir gün” cavabını vermişdi.

Xatirə SADİQ