“Çalıkuşu”nun 62 yaşlı “Feride”si açıq-saçıq geyimdə - Foto
Türkiyənin məşhur aktrisası Aydan Şenerin paylaşdığı foto maraqla qarşılanıb.
SAVASHMEDİA.az xəbər verir ki, çimərlik geyimində olan 62 yaşlı aktrisa ideal bədən quruluşu ilə izləyicilərinin rəğbətini qazanıb.
Aktrisanın fotosuna izləyiciləri “Kim deyə bilər ki, 62 yaşı var?”, “İllərə meydan oxuyur”, “Bu qadın heç yaşlanmır”, “Valehedicidir” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Aydan Şener 1981-ci ildə Türkiyə gözəli seçilib. Ona məşhurluq gətirən isə Reşat Nuri Güntekinin əsəri əsasında 1986-cı ildə çəkilmiş eyniadlı “Çalıkuşu” serialı olub. Aydan Şener filmdə əsərin baş qəhrəmanı “Feride” obrazını canlandırıb.
Banu
Fotoda: Aydan Şener