Maduroya Türkiyədə yaşamaq təklif olunub? - Ərdoğandan AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərin ən çox danlışılan mövzusu ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə lideri ABŞ prezidenti Donald Trampın Venesuelanın sabiq rəhbəri Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsinə münasibət bildirib.
Mövzu ilə bağlı yerli jurnalistlərə açıqlama verən Ərdoğan belə bir məsələdən xəbərsiz olduğunu deyib.
"Bizə belə bir təklif edilməyib. Ümumiyyətlə belə bir mövzunun müzakirıəsi ilə bağlı məlumat daxil olmayıb",- o qeyd edib.
Xatırladaq ki, ABŞ-li senator Lindsi Qrem Donald Trampın Nikolas Maduroya Türkiyəyə getməsi ilə bağlı təklif verdiyini təsdiqləyib.
Səlcuq