Əli Kərimli buna görə saxlanılıb - SƏBƏB BİLİNDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb və onun saxlanıldığı bildirilir.

Nov 29, 2025 - 15:06
Əli Kərimli buna görə saxlanılıb - SƏBƏB BİLİNDİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar çərçivəsində həyata keçirilir.

Yerli mediada yayılmış iddiaya görə, Əli Kərimlinin evindəki axtarış Ramiz Mehdiyevin cinayət işi ilə əlaqəlidir.

Xatırladaq ki, hazırda ev dustağı olan Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Səlcuq