Əli Kərimli DTX-ya aparıldı - O, vəkil tələb etdi
Şübhəli şəxs qismində saxlanılan AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, AXCP sədrinin dindirilməsi üçün prosessual hərəkətlərə başlanılıb.
Məlumata görə, Əli Kərimlinin özünün tələb etdiyi vəkil artıq istintaq orqanına dəvət olunub.
İlkin məlumatlara görə, Əli Kərimli sabiq PA rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzə aparılan istintaq çərçivəsində saxlanılıb.