Ərdoğan Putinlə Trampı İstanbula dəvət etdi
Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyə prezidenti yerli jurnalistlərə açıqlamasında deyib:
"Türkiyə Rusiya və Ukrayna müharibəsinin nizamlanmasında əhəmiyyətli rol oynaya bilər. Biz istənilən vaxt istanbulda danışıqlar təşkil etməyə hazırıq. Budapeşt görüşünün baş tutmaması təəssüf doğurur".
O, qeyd edib ki, Ankara bu müharibənin sona çatmasına kömək edəcək dialoqa inanır.
"Biz əvvəldən bunun tərəfdarı olmuşuq, bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var və biz tərəflərin etimadını qazanmış ölkəyik. Bu, sülh yolunda bizə üstünlük verir və biz bu vəziyyətdən bəşəriyyətin rifahı üçün istifadə etmək əzmindəyik", - Türkiyə lideri əlavə edib.
Oğuz