Ərdoğan Trampın oğlu ilə gizli görüş iddiasından danışdı - "Özgür Özəl yanımızda idi?" 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin iddialarına cavab verib.

Sep 21, 2025 - 13:41
Ərdoğan Trampın oğlu ilə gizli görüş iddiasından danışdı - "Özgür Özəl yanımızda idi?" 

SAVASHMEDİA.az-ın xəbərinə görə,  CHP sədri ABŞ prezidentinin oğlunun Türkiyəyə gizli səfər etdiyini və onunla Ərdoğan arasında məxfi razılaşamların əldə olunduğunu bildirmişdi.  

Rəcəb Tayyib Ərdoğan Trampın oğlu ilə görüşdüyünü təkzib etməsə də, Özgür Özəlin iddialarına cavab verib:

“Mən Trampın oğlu ilə razılaşma əldə edəndə Özgür Özəl yanımızda idi? O, kardır, kar isə eşitməz, uydurar. Bu adam dayanmadan yalanlar uydurur. Biz hansısa alqı-satqını Özgür Özəllə razılaşaraq etməliyik? Amma deyim ki, biz ABŞ ilə hansısa sövdələşmə etmək istəsək, bunu onun prezidentin oğlu ilə yox, cənab Trampın özü ilə edərik”.

Səlcuq