“Federal agentliklərin sayını azaldacam” – İlon Mask
Donald Trampın prezident seçkilərində qalib gələcəyi və administrasiyasında ona vəzifə verəcəyi təqdirdə İlon Mask ABŞ-da federal agentliklərin sayını azaltmağa çalışacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, amerikalı sahibkar İlon Mask prezidentliyə namizəd Trampın Mar-a-Laqo malikanəsində Taker Karlsonun onlayn şousunda danışarkən deyib.
Mask bildirib ki, o, Trampa hökuməti daha səmərəli etməkdə kömək etmək istəyir. “Bizim nəhəng bürokratiyamız var, həddindən artıq tənzimləməmiz var. Biz Amerikanın qurucularına imkan verməliyik”, - deyə o, əlavə edib.
Qeyd edək ki, İlon Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib. Musk onun əsas sponsorlarından biridir. “Forbes” onun sərvətini 264,7 milyard dollar qiymətləndirir.
Tramp sentyabr ayında hökumətin səmərəliliyi üzrə komissiya yaratmaq niyyətində olduğunu və onun rəhbərliyinə Maskı təyin edəcəyini bildirmişdi.
Xatirə SADİQ