Gürcüstan XİN ölkəmizə başsağlığı verdi
“Biz onlarla insanın həyatına son qoyan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Biz dost Azərbaycan hökumətinə və xalqına səmimi başsağlığımızı və kədərlərinə şərik olduğunuz bildirmək istərdik. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə bəyanatda vurğulanıb.
Xatirə SADİQ