Trampın xüsusi nümayəndəsi Rusiyanın bu hərəkətini pislədi 

Donald Trampın xüsusi nümayəndəsi, general Kit Kelloq Milad günü Rusiyanın Ukraynaya kütləvi raket hücumunu pisləyib.

Dec 26, 2024 - 10:13
Trampın xüsusi nümayəndəsi Rusiyanın bu hərəkətini pislədi 

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Kelloq “X” platformasında yazıb. 

Kelloqun sözlərinə görə, Milad bayramında sülh vaxtı olmalıdır, lakin Ukrayna yenidən atəşə tutulub.

“Tanrının doğum günündə kütləvi raket və dron hücumları təşkil etmək düzgün deyil. Dünya hər iki tərəfin hərəkətlərini diqqətlə izləyir. Birləşmiş Ştatlar bu regionda sülhü təmin etməkdə həmişəkindən daha israrlıdır”, -deyə Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə əlavə edib. 

Ötən həftə Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, artıq Kelloqun Kiyevə səfərinin tarixi ilə bağlı ilkin razılıq var. 

“Reuters”in məlumatına görə, Kelloq  Rusiyaya deyil, Kiyevə və Avropa paytaxtlarına səfər etməyi planlaşdırır .

Xatirə SADİQ