Kiyevdə sabah matəm günü elan olundu

Kiyevdə iyunun 18-i Rusiyanın iyunun 17-nə keçən gecə Ukrayna paytaxtına kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edilib.

Jun 17, 2025 - 14:16
Kiyevdə sabah matəm günü elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i şəhər meri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.

“18 iyun Kiyevdə matəm günü elan edilib. Düşmənin paytaxta kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə. Həmin gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur”, - deyə paytaxt merinin bəyanatında vurğulanıb.

18 iyunda şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunacaq.

İlkin məlumatlara görə, Rusiyanın Kiyevi bombardma etməsi nəticəsində 15 nəfər ölüb, 114 nəfər yaralanıb.

Xatirə SADİQ