Natanzdakı sentrifuqalar məhv edilib - MAQATE 

“İranın Natanzdakı yeraltı uranın zənginləşdirilməsi zavodundakı sentrifuqalar İsrailin cümə günü vurduğu zərbələrdən sonra tamamilə məhv edilməsə də, ciddi zədələnib”.

Jun 17, 2025 - 14:14
Natanzdakı sentrifuqalar məhv edilib - MAQATE 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BBC News-a bildirib. 

O əlavə edib ki, İsfahan nüvə obyektində də 4 bina zədələnib, lakin Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavodunda heç bir ziyan aşkar edilməyib. 

“Reuters” xəbər verib ki, İsrailin hava hücumları İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərən üç zavodundan ən azı ikisini sıradan çıxarıb.

Agentlik qeyd edir ki, bu yeraltı qurğularda İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının əhəmiyyətli bir hissəsi var. 

CNN-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İrana zərbələr Tehranın nüvə proqramının həyata keçirilməsini əhəmiyyətli dərəcədə ləngitib.

Xatirə SADİQ