Dəvəquşu Boris Consonu dimdiklədi - VİDEO
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gözlənilməz hadisə ilə üzləşib.
SAVASHMEDİA.az xəbər verir ki, Consonlar ailəsi bununla bağlı videonu “İnstagram”da paylaşıb.
Kadrlardan görünür ki, Conson ailə üzvləri ilə birlikdə avtomobildə parkı gəzərək heyvanlarla ünsiyyətdə olublar. Birdən dəvəquşu onların maşınına yaxınlaşıb.
Dəvəquşu pəncərəsi açıq maşına başını soxaraq sükan arxasında oturmuş Consonun əlini dimdikləyib. Gözlənilməz hərəkətdən Conson təəccüblə qışqırıb, onun yanında oturmuş kiçik yaşlı övladı isə gülüb.
Xatirə SADİQ