Gürcüstanda ölkəboyu “Birlik zənciri” aksiyası keçirilir

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avrointeqrasiyanın 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən bir ay sonra bütün ölkədə hökumət əleyhinə genişmiqyaslı “Birlik zənciri” adlı aksiya keçirilir.

Dec 28, 2024 - 16:40
Dec 28, 2024 - 17:05
Gürcüstanda ölkəboyu “Birlik zənciri” aksiyası keçirilir

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bütün iri şəhərlərdə təşkil olunmuş aksiyanın ən uzunu Tiflisdədir. Bu aksiya paytaxtın sağ və sol sahillərini, eləcə də Metexi, Sülh Körpüsü, Barataşvili, Saarbrüken, Qalaktion Tabidze, Kraliça Tamar və Vaxuşti Baqrationi körpülərini birləşdirir.

Gürcüstan prezidenti Salome Zurabişvili, Avropa Parlamentinin Polşadan olan üzvü Mixal Vavrikeviç və litvalı deputat Dainius Jalimasın da qatıldıqları aksiyada bütün əsas müxalifət partiyaları, tələbələr, QHT-lər, iş adamları, mədəniyyət sahəsinin nümayəndələri iştirak edirlər. 

“Birlik zənciri”nin Avropanın və ABŞ-nin 40 şəhərində keçiriləcəyi də planlaşdırılır. 

Xatirə SADİQ