Haaland tarixi müqaviləyə İMZA ATDI – Yeni mövsümdə...
"Mançester Siti" ulduz hücumçu Erlinq Haalandla tarixi müqavilə imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Mançester Siti" ilə müqaviləsi 2027-ci ildə başa çatacaq Erlinq Haaland 9,5 illik müqavilə imzalayıb. Hücumçunun indiyə qədər ən gəlirli idman müqavilələrindən birinə imza atdığı bildirilir.
"Atletik"in məlumatına görə, müqaviləsi bitəndə Haalandın 34 yaşı olacaq. Müqavilədən sərbəst qalma maddəsi çıxarılıb. Hələlik dəqiq rəqəmlər bilinməsə də, Haalandın ən çox qazanan futbolçulardan biri olacağı vurğulanıb.
Qeyd edək ki, indiyədək “Mançester Siti”nin heyətində 126 oyun keçirən Erlinq Haaland 111 qol və 15 məhsuldar ötürməyə imza atıb.