Havanın temperaturu daha da YÜKSƏLƏCƏK – BU TARİXLƏRDƏ

Milli Hidrometeorologiya Xidməti isti hava şəraiti ilə bağlı məlumat yayıb.

Jul 29, 2025 - 17:25
Havanın temperaturu daha da YÜKSƏLƏCƏK – BU TARİXLƏRDƏ

SAVASHMEDİA.az xəbər verir ki, həftəsonuna qədər (3 avqustadək) ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında +35 dərəcədən +39 dərəcəyədək, avqustun 2-3-də +40 dərəcəyə yaxın, dağlıq rayonlarda +29 dərəcədən +34 dərəcəyədək, Mərkəzi Aran, eyni zamanda, Naxçıvan MR-da isə +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən, sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.