Dmitri Qordon Fəxri Xiyabanı ziyarət etməsindən danışdı

Bu yaxınlarda Azərbaycanda səfər olmuş ukraynalı jurnalist Dmitri Qordon Bakıdakı Fəxri Xiyabanı ziyarət etməsindən danışıb. 

Jul 29, 2025 - 17:12
Dmitri Qordon Fəxri Xiyabanı ziyarət etməsindən danışdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə tanınmış jurnalist öz Telegram kanalında video paylaşıb. 

“Mən Bakıda unikal qəbiristanlıqdayam. Bura Fəxri Xiyabandır. Demək istəyirəm ki, mən heç vaxt Azərbaycanda olduğu kimi belə mədəniyyət, özlərinin ən yaxşı adamlarına, qəhrəmanlarına belə münasibət görməmişəm. Bu sadəcə fövqəladə bir tarixdir. Necə abidələrdir! Arxamda görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun abidəsi var. Hər şey necə səliqəli saxlanılır, sadəcə olaraq fantastikdir. Heç vaxt belə şey görməmişəm. Təsəvvür etməzdim ki, belə mümkündür, elmin, mədəniyyətin qüruru olan adamlara, siyasi liderlərə, akademiklərə belə həssas yanaşmaq olar. Sadəcə inanılmazdır. Baxın hamısına necə qulluq edilir. Fantastikdir!”, - deyə Qordon Fəxri Xiyabandan görüntüləri paylaşaraq deyib. 

O, əlavə edib ki, Bakıdakı Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və dostu, əfsanəvi müğənni Müslüm Maqomayevin məzarları üzərinə gül dəstələri qoyub. 

Xatirə SADİQ