Buraxılış imtahanı ilə bağlı YENİLİK – 15 dəqiqə...

“2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur.

Apr 27, 2026 - 15:02
Buraxılış imtahanı ilə bağlı YENİLİK – 15 dəqiqə...

 Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur”.

SAVASHMEDİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.

O bildirib ki, imtahanda tapşırıq sayı azaldılacaq və yazı bacarığı ayrıca qiymətləndiriləcək.