“Hərbi münaqişəni uzadırlar” – Putin Qərbi ittiham etdi  

“Rusiya Ukraynadakı vəziyyətlə bağlı danışıqlara açıqdır”. 

Nov 5, 2024 - 15:51
“Hərbi münaqişəni uzadırlar” – Putin Qərbi ittiham etdi  

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin 28 xarici dövlətin yeni səfirləri ilə keçirilən görüşdə növbəti dəfə bildirib. Həmin görüş Kremlin “Teleqram” kanalında yayımlanıb.

Putin qeyd edib ki, ölkəsi BRİKS üzvlərinin Ukrayna münaqişəsinin həllinə kömək etmək istəyini yüksək qiymətləndirir. O, həmçinin bildirib ki, Qərb münaqişəni davam etdirməməli və silahlı qarşıdurmanı uzatmamalıdır.

Putinin sözlərinə görə, Moskva digər ölkələrlə münaqişələrdə maraqlı deyil və Avropanın Rusiya ilə əməkdaşlıq məsələlərinə daha rasional yanaşmağa başlayacağına ümid edir.

Xatırladaq ki, Putin dəfələrlə müharibənin bitməsi üçün işğal etdiyi Ukrayna torpaqlarının Rusiyanın ərazisi kimi tanınmasını, Ukrayna qoşunlarının həmin ərazilərdən çıxarılmasını, Kiyevin heç bir hərbi bloka qoşulmamasını şərt kimi irəli sürüb.

Rəsmi Kiyev onun şərtlərini rədd edib.

Xatirə SADİQ