Deputat Elman Məmmədov itinə bu məşhurun ADINI QOYUB - Özü DANIŞDI
Xocalıya köçərək orada yaşayan Milli Məclisin deputatı Elman Məmmədov Ermənistandakı revanşist qüvvələr barədə sərt fikirlər səsləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, deputat musavat.com-a müsahibəsində bildirib ki, Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla bağlı hüquqi addımların atılması vacibdir.
Elman Məmmədov müsahibə zamanı həyətinə gəlib çıxmış sahibsiz itdən və ona qoyduğu addan danışıb:
"Mənim həyətimə bir it azıb, gəlib. Baxıram ki, tula cinsidir. Yəqin ki, vaxtilə onlardan qalmadır, mən də bu tulanın adını “Serjik” qoymuşam…"
Hazırladı: Aytən