Həyat yoldaşı Zelenskinin istefasından danışdı - "Niyə də olmasın?"

“Zelenski ömürlük postunda qalmağı planlaşdırmır”.

Feb 27, 2025 - 02:52
Feb 27, 2025 - 03:28
Həyat yoldaşı Zelenskinin istefasından danışdı - "Niyə də olmasın?"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskininin həyat yoldaşı Yelena Zelenskaya “Quarta Repubblica”ya müsahibəsində deyib.

O vurğulayıb ki, Zelenskinin qarşısına qoyduğu əsas vəzifə ölkənin təhlükəsizliyidir:

“Bunu mənimlə müzakirə etməyib. Bilirəm ki, o, ömürlük prezident olmağı planlaşdırmır. Onun qarşısına qoyduğu əsas vəzifə Ukraynanın təhlükəsizliyini təmin etmək idi. Ukraynada təhlükəsizlik təminatları, nə olursa olsun, olmalıdır ki, o, öz postunu rahat tərk edə bilsin. Əgər NATO-ya üzvlük təhlükəsizliyin təminatıdırsa, düşünürəm ki, o, bunu edə bilər. Niyə də olmasın?”.