İranın "gül balaları" etirazlar vaxtı Türkiyə barlarında - Belə əyləniblər
İranın yüksək vəzifəli məmurlarının övladları dəbdəbəli həyat tərzləri ilə gündəm olublar.
SAVASHMEDİA.az xəbər verir ki, etiraz aksiyalarının qəddarlıqla yatırıldığı vaxtlarda vəzifəli şəxslərin övladlarının çılğın əyləncələri sosial şəbəkələrdə etirazla qarşılanıb.
Avropa mətbuatı yazır ki, onlar İranda etirazların tüğyan etdiyi vaxtlarda Türkiyənin Van şəhərindəki gecə klublarında, barlarda çılğınca əyləniblər. Məmur övladlarını “buna məcbur edən” isə ölkədə qarışan vəziyyət olub.
Məlumatlara görə, İranın Venesuela, Danimarka kimi ölkələrdə baş konsulu olmuş varlı şəxslərinin övladları lüks avtomobillərində, evlərində, gecə klublarında, barlarda çəkdirdikləri fotolarını hər gün sosial şəbəkələrdə paylaşırlar. Avropa mediası həmçinin qeyd edib ki, İran varlılarının yaşadığı Tehranın İlahiyə məhəlləsi etirazların baş tutduğu vaxtlarda da əyləncə məclislərindən məhrum qalmayıb.
Xatırladaq ki, ötən il dekabrın 28-də İranda dolların bahalaşması, milli valyutanın dəyərdən düşməsi, bahalaşmalar fonunda etiraz aksiyaları başlayıb. İran hökuməti etirazları silah gücünə yatırmağa nail olub. Bu zaman minlərlə etirazçı qətlə yetirilib. Onların çoxu gənclər olub. Saxlanılanların isə edam ediləcəyi bildirilib.
Banu