İsrail BMT Baş Assambleyası sədrinə xəbərdarlıq etdi
İsrail BMT Baş Assambleyasının sədrinin diqqətinə bu təşkilatın Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığı dayandırdığını çatdırıb.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin dünya təşkilatındakı daimi nümayəndəsi Dani Danon “X” social şəbəkəsində yazıb.
Onun sözlərinə görə, BMT-yə təqdim etdikləri və UNRWA-nın “HƏMAS” tərəfindən ələ keçirilməsini sübut edən çoxsaylı dəlillərə baxmayaraq, BMT real vəziyyəti dəyişdirmək üçün heç nə etməyib.
Danon deyib ki, İsrail terrorizmi təşviq edən strukturlar istisna olmaqla, humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək.
Xatırladaq ki, UNRWA-nın İsraildə fəaliyyətini qadağan edən qərarı Knessetin təsdiqlədiyi oktyabrın 28-də məlum olub.
Xatirə SADİQ