İsrail ordusu Suriya ərazisinə daxil oldu
İsrailin quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ilin oktyabr müharibəsindən sonra ilk dəfə Suriya ərazisinə daxil olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İsrail qoşunları Hermon dağında və Suriya ərazisinin digər hissələrində sərhəd təhlükəsizliyini təmin etmək üçün zəruri olan strateji əhəmiyyətli mövqeləri tutublar.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü elan edib ki, qoşunlara İsrail və Suriya arasındakı bufer zonanı ələ keçirmək əmrini verib.
Baş nazir Benyamin Netanyahu tədbirlərin müvəqqəti olduğunu vurğuıayıb: “Biz heç bir düşmən qüvvəsi birbaşa İsrail sərhədində möhkəm dayanmaması üçün İsrail ordusuna bu mövqeləri ələ keçirmək əmrini verdik”.
Həftə sonu İsrail aviasiyası da Suriya hərbi obyektlərinə zərbələr endirib. Bu hücum həmin aktivlərin ekstremistlərin əlinə keçə bilməsi ilə izah edilib.
İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adri bazar günü bufer zonadakı beş Suriya kəndində komendant saatı elan edib və sakinlərə “sonrakı xəbərdarlığa qədər evdə qalmağı əmr edib.
İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı Qolan təpələrini ələ keçirib və 1981-ci ildə ərazinin çox hissəsini ilhaq edib.
BMT bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi kimi tanısa da, Donald Tramp prezidentliyinin ilk dövründə – 2019-cu ildə İsrailin bu ərazi üzərində suverenliyini tanıyıb.
Xatirə SADİQ