Politoloq Turab Rzayev Hindistan gömrüyündə saxlanıldı - "Pul istəyirlər"
Tanınmış politoloq Turab Rzayev Bakıya qayıdarkən Hindistan gömrüyündən buraxılmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Məlumata görə, saxlanılmasına səbəb kimi onun tez-tez Hindistana səfər etməsi göstərilib.
“Hindistan gömrüyündə dedilər ki, çox gedib-gəlirsən, gəl, qonağımız ol”, - o, paylaşımında bildirib.
Məsələ ilə bağlı açıqlama verən politoloq gömrükçülərin onu buraxmaq üçün pul istədiklərini bildirib.
“Üstümdəki pulun hamısını istəyirlər”.