İzdihamın üzərinə maşın sürənin kimliyi bilindi - Cabbar ABŞ-yə iki gün əvvəl gəlibmiş
ABŞ-nin Yeni Orlean şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində 10 nəfər ölümünə, daha 30 nəfərin isə yaralanmasına səbəb olan şəxsin kimliyi bəlli olub.
SAVASHMEDİA.az-ın xarici mənbələrə istinadla xəbərinə görə, federal hüquq-mühafizə orqanları polis tərəfindən zərərsizləşdirilmiş şübhəlinin Şəmsud Din Cabbar olduğunu açıqlayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə Orleanda baş verən terror aktından sonra amerikalılara müraciət edib.
“Kənardan gələn cinayətkarların ölkəmizdəki cinayətkarlardan qat-qat təhlükəli olduğunu deyəndə, demokratlar və saxta media bunu qəbul etmirdi. Amma həqiqət olduğu ortaya çıxdı. Ölkəmizdə cinayətkarlıq görünməmiş həddə çatıb”, - ABŞ-nin seçilmiş prezidenti sosial şəbəkəə yazıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, terroru törədən Şəmsud Din Cabbar ABŞ-yə iki gün əvvəl Meksikadan gəlibmiş.
Oğuz