"Kobaxidzenin istefası azdır, İvanaşvilinin hiyləsi keçməyəcək" - Müxalifət lideri
"Baş nazir İrakli Kobaxidzenin istefa verməsi heç nəyi dəyişməyəcək".
SAVASHMEDİA.az gürcü mediasına istinadla xəbər verir ki, bunu Gürcüstanın müxalif "Birlik - Milli Hərəkat"ın lideri Tina Bokuçava deyib.
O, baş nazir İrakli Kobaxidzenin postunu tərk edə biləcəyi ilə bağlı mətbuatda yayılan informasiyalara münasibət bildirərkən “Gürcü arzusu”nun əsl güc mənbəyinin onun fəxri sədri Bidzina İvanişvilidə olduğunu xatırladıb:
“Əminəm ki, bu, İvanişvilinin növbəti hiyləsidir və bu hiylənin işə yarayacağına inanmıram. Çünki gürcü xalqı real dəyişikliklər, real hakimiyyət dəyişikliyini və yeni seçkilər gözləyir. Yaxşı bilirik ki, bu cinayətkar qrupun əsl mənbəyi İvanişvilidir. İvanişvili Kobaxidzeni hamsısa digər piyada ilə əvəz etsə, bunu nə beynəlxalq ictimaiyyət, nə də Gürcüstan cəmiyyəti qəbul edəcək", - deyə Tina Bokuçava qeyd edib.
Səlcuq