"Komandanı yenidən qurmaq çətin olacaq" – Skaloni ağladı
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, emosiyalarını gizlədə bilməyən argentinalı mütəxəssis komandasının son dəqiqəyədək mübarizə apardığını bildirib.
"Bu, hamımız üçün bir arzu idi və son dəqiqəyədək əlimizdən gələni etdik. Qələbədə necə ləyaqətli olmuşuqsa, məğlubiyyətdə də elə olmalıyıq. İndi isə hər şeyi sakit şəkildə düşünmək üçün özümə vaxt ayırmalıyam", - Skaloni mətbuat konfransında bildirib.
48 yaşlı çalışdırıcı əlavə edib ki, Argentina Futbol Assosiasiyasının prezidenti ilə görüşəcək və gələcəyi ilə bağlı qərarı bundan sonra verəcək.
"Nə etmək istədiyim barədə müəyyən fikrim var. Müqaviləmi yerinə yetirəcəyəm, amma düşünməyə ehtiyac hiss edirəm. Belə möhtəşəm bir komandanı yenidən qurmağın mümkün olub-olmayacağını bilmirəm və bunu ciddi müzakirə etməliyik. Onlarla fəxr edirəm. Meydanda son damla güclərinə qədər mübarizə apardılar. Bu komanda mənə çox böyük qürur yaşadıb".
Mətbuat konfransında kövrələn Skaloni göz yaşlarını saxlaya bilməyib.
Aytən