Lamin Yamal Trampın əlini qəsdən havada saxladı? - HƏMİN VİDEO
DÇ-2026 finalından sonra keçirilən mükafatlandırma mərasimində İspaniya millisinin gənc ulduzu Lamin Yamalın ABŞ Prezidenti Donald Trampla əl sıxdığı an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
SAVASHMEDIA.az xəbər verir ki, medalını almaq üçün podiuma çıxan Lamin Yamal Donald Trampın əlini bir anlıq tərəddüddən sonra sıxıb.
Sosial şəbəkələrdə yayılan bu epizod müxtəlif reaksiyalar doğurub. İstifadəçilərin bir qismi Yamalın əl sıxmaqda qəsdən gecikdiyini iddia etsə də, digərləri isə onun diqqətinin medalda olduğunu qeyd ediblər.
Hazırda Yamalın bu hərəkəti ilə bağlı özü və ya İspaniya Futbol Federasiyası tərəfindən hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, DÇ-2026 finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində növbəti dünya çempionluğunu əldə edib.
Oğuz