Çaqayev ifşa videosundan danışdı - "Boş-boş danışırlar" + VİDEO

Bir neçə gündür sosial mediada müzakirə mövzusuna çevrilən və idman zalını sataraq ölkəni tərk edəcəyi deyilən Çaqayev özü barəsində yayılan xəbərlərə münasibət bildirib.

Sep 10, 2025 - 00:39
Sep 10, 2025 - 00:40
Çaqayev ifşa videosundan danışdı - "Boş-boş danışırlar" + VİDEO

“TikTok” sosial şəbəkəsində Kamran Razmovarın suallarını cavablandıran fitness-trener idman zalını satacağını və ölkədən getmək istədiyini təsdiqləyib.

Çaqayev bu qərarların fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə verdiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl  fitness-trenerin həmcinsi ilə intim videosunun yayıldığı və bu səbəbdən idman zalını sataraq ölkəni tərk etmək istədiyi iddiaları irəli sürülüb.

globalinfo.az